XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 February 2019 - 10:00

Apelyasiya Komissiyası yaradılıb –Magistraturaya qəbul imtahanı ilə əlaqədar

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının birinci mərhələsi ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzində Apelyasiya Komissiyası yaradılıb.

Bu barədə mərkəzdən məlumat verilib.

Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək.

Bakalavrlar Apelyasiya Komissiyasına fevralın 25, 26, 27-də saat 10:00‑dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər. (Report)