XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 February 2019 - 13:43

İCRA BAŞÇISI DƏM QAZINDAN BOĞULUB ÖLDÜ –Yasamaldakı binada

Naftalan şəhər icra hakimiyyətinin başçısı Rövşən İbrahimov fevralın 25-də dəm qazından ölüb.

Strateq.az xəbər verir ki, bu barədə mətbuata icra başçısının qonşuları məlumat verib.

Bildiriblər ki, yaşadıqları bina köhnədir, 1990-cı ildə istifadəyə verilib. Ancaq bu vaxtadək bir dəfə də olsun tüstü bacaları təmizlənməyib. Yeni Yasamal 1, bina 2-də yaşayan Rövşən İbrahimov 1967-ci ildə Siyəzən rayonunda anadan olub.

R.İbrahimov ötən il mayın 18-də Naftalan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.