XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

25 Fevral 2019 - 15:23

Bakıda 14 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyası dəyişdiriləcək –SİYAHI

Sabah Bakıda 14 marşrut xəttinin hərəkət trayektoriyası dəyişdiriləcək.

Strateq.az Bakı Nəqliyyat Agentliyinə istinadən bildirir ki, Xocalı Soyqırımının 27-ci ildönümü ilə əlaqədar keçiriləcək ümumxalq yürüşünün rahat, təhlükəsiz və fasiləsiz təşkil edilməsi məqsədilə paytaxtın mərkəzi hissəsində bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldığından, 1, 2, 4, 5, 8, 21, 30, 32, 46, 49, 88, 125, 175, H1 hərəkət trayektoriyası da dəyişdiriləcək: “Sərnişin avtobusları digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək”.