XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

25 Fevral 2019 - 15:51

Baş redaktorun ailəsi Yasamaldakı yanğından xilas edilib:"Nəvəsi yaxşıdır, həyat yoldaşı isə..."

Xəbər verdiyimiz kimi, Yasamal rayonu Şəfaət Mehdiyev küçəsində (Lider TV-nin yanında) çöxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Strateq.az xəbər verir ki, yanğından “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin də ailəsi zərər çəkib.

Bu barədə açıqlama yayan qəzetin Baş redaktor müavini Samirə Səfərova bildirib ki, Aydın Quliyevin yaşadığı həmin binada sakinlərlə birlikdə onun 4 yaşlı nəvəsi Emil və həyat yoldaşı Səadət xanım da xilas edilib: “Hazırda Emilin vəziyyəti yaxşıdır, Səadət xanımın isə narahatlığı qalmaqdadır”.

S.Səfərova bildirib ki, hələlik yanğının səbəbi bilinmir.