XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

26 Fevral 2019 - 13:18

Belarus səfiri:"Xocalı faciəsinin bütün günahkarları cəzalandırılmalıdır"

“Buraya Xocalı qurbanlarının xatirəsini yad etmək üçün ənənəvi şəkildə gəlirik. Bu faciə hamımıza XX əsrdə belə hadisələrin mümkün olduğunu xatırladır”.

Bunu “Ana harayı” abidəsinin qarşısında Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edərkən Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç bildirib.

“Böyük Vətən müharibəsini yaşamışıq, o vaxt çox qurbanlar oldu, faciələr baş verdi. Sanki bütün bunlar arxada qalmışdı. Amma Xocalı faciəsi, yüzlərlə günahsız insanın öldürülməsi heç də belə olmadığını göstərdi. Biz belaruslular da sizin bu acınızı bölüşür, bu faciənin bütün baiskarlarının aradan nə qədər vaxt keçərsə keçsin, törətdikləri cinayətlərin cəzasını çəkmələrini istəyirik”, –  diplomat vurğulayıb. (Report)