XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Fevral 2019 - 16:47

Quba sakini fərdi təsərrüfatında ayı saxlayırmış… –Polisdən açıqlama + FOTO

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Mirzəqışlaq kənd ərazisində yerləşən Abbas Zeynalova məxsus fərdi təsərrüfatda adı “Qırmızı kitaba” düşmüş və qəfəsdə saxlanılması qanunla qadağan edilmiş bir ədəd qonur ayının saxlanıldığı məlum olub.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Strateq.az-a verilən məlumata görə, A.Zeynalova məxsus həmin təsərrüfa baxış zamanı oradan müvafiq sənədləri olmayan bir ədəd “Cifsan” markalı ov tüfəngi də aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

Qanunsuz olaraq qəfəsdə saxlanılan ayının əhalinin həyat və sağlamlığına zərər verməsinin qarşısının alınması və təbiətə qaytarılması istiqamətində polis şöbəsi tərəfindən müvafiq qaydada qanuna uyğun tədbirlər həyata keçirilir.