XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

26 Fevral 2019 - 16:50

Elmar Məmmədyarov İndoneziyanın xarici işlər naziri ilə görüşüb –FOTO

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Cenevrəyə işgüzar səfəri çərçivəsində İndoneziyanın xarici işlər naziri Retno Marsudi ilə görüşüb.

Strateq.az XİN-ə istinadən bildirir ki, görüş zamanı iki ölkə arasındakı əməkdaşlıq əlaqələri barədə fikir mübadiləsi aparılıb və siyasi münasibətlərin cari səviyyəsindən məmnunluq ifadə olunub.

Eyni zamanda tərəflər beynəlxalq təşkilatlar, ələlxüsus BMT çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran məsələlər barəsində fikir mübadiləsi aparılıb.