XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

26 Fevral 2019 - 21:10

Qarabağ münaqişəsi ilə bağlı dinləmələr keçiriləcək –Ermənistan parlamentində

Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri komissiyasında yaxın günlərdə Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi üzrə dinləmələr keçiriləcək.

“Report” “Joxovurd”a istinadən xəbər verir ki, dinləmələrdə Azərbaycanın Ermənistan tərəfindən işğal edilən Dağlıq Qarabağ bölgəsində yaşayan erməni icmasının nümayəndəsinin də iştirakı gözlənilir.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın parlamentdəki “Mənim addımım” fraksiyasının üzvü, komissiyanın sədri Andranik Koçaryan məsələni şərh etməkdən boyun qaçırıb.