XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

27 Fevral 2019 - 10:41

Benyamin Netanyahu Rusiyada səfərdədir –İran məsələsi müzakirə olunacaq

İsrailin Baş naziri Benyamin Netanyahu Rusiyada səfərdədir. 

Fevralın 27-də səhər saatlarında başlayan qısamüddətli səfər çərçivəsində o, Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Hökumət başçısı Moskvaya yola düşməmişdən əvvəl “Facebook” səhifəsində açıqlama yayıb. B.Netanyahu bildirib ki, V.Putinlə görüşmək üçün Rusiyaya gedir: “Görüşdə İranın Suriyadakı mövqeləri ilə bağlı məsələləri müzakirə edəcəyik. Biz Suriyada İrana qarşı fəaliyyət göstərir, onun bazalarına hücum edirik. Biz onlara qarşı fəaliyyətimiz davam etdirəcəyik. Mən Prezident Putinlə bu barədə danışacağam. Biz iranlıları Suriyadan sıxışdırıb, çıxaracağıq. İran İsraili hədələyir. Ona ölkəmizin sərhədləri yaxınlığında yerləşməyə imkan verməyəcəyik”. 

Qeyd edək ki, bu səfər fevralın 21-nə planlaşdırlmışdı. Ancaq sonradan İsrail tərəfinin istəyi ilə təxirə salınmışdı.  (Report)