XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

27 Fevral 2019 - 12:55

Müdafiə Nazirliyi:"ATƏT cəbhə xəttində monitorinq keçirib"

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 27-də Ağdam rayonu istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Martin Şuster aparıblar.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika, Oqnyen Yoviç və Saymon Tiller keçiriblər.