XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

27 Fevral 2019 - 16:11

Salome Zurabişvili Prezident İlham Əliyevi Batumi konfransına dəvət edib

Gürcüstan Prezidenti Salome Zurabişvili Prezident İlham Əliyevi Batumi konfransına dəvət edib.

ONA-nın məlumatına görə, bunu bu gün Gürcüstan Prezidenti Salome Zurabişvili Prezident İlham Əliyev ilə geniş tərkibli görüşdən sonra mətbuata bəyanatda bildirib.

“Cənab Prezidenti Batumi konfransına dəvət etdim. Bu, bizim tərəfdaşlığımızın və Avropa İttifaqının 10 illiyi konfransı olacaq. Yəqin ki, nəqliyyat məsələsi burada əsas mövzu olacaq və biz birgə baxışlarımızı nümayiş etdirə bilərik. Cənab Prezident təklif etdi ki, bizim nümayəndələrimiz Çində də təqdimat keçirə bilərlər. Bunlar bugünkü potensialımızın reallığa çevrilməsi və perspektivlərimiz üçün çox vacibdir. Əminəm ki, bu, nəinki perspektivdir, bu, bizim sabahımız üçün əhəmiyyətlidir”.