OPEC+ sazişinin müddəti 2019-cu ilin ikinci yarısına qədər uzadıla bilər.
“Report” xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının enerji naziri Xalid əl Falih deyib.
O bildirib ki, hasilat ilin ikinci yarısında da məhdud saxlanılmalıdır. Nazir hazırda ABŞ-dakı neft ehtiyatlarının qədərindən çox olduğunu, bazarda tarazlığa nail olmaq üçün OPEC+ formatının bu artıqlığın azalmasını hədəflədiyini qeyd edib.
Səudiyyəli nazir həmçinin mart ayında hasilatı daha da azaltmaq niyyətində olduqlarını diqqətə çatdırıb.