XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

27 Fevral 2019 - 18:02

14 hakimin səlahiyyətlərinə xitam verilib- Ədliyyə Nazirliyindən açıqlama

Ötən il vətəndaşların haqlı narazılığını doğuran pozuntulara görə Şura tərəfindən 14 hakimin fəaliyyəti qanunvericiliklə nəzərdə tutulmuş qaydada qeyri-məqbul qiymətləndirilməklə səlahiyyətlərinə xitam verilib, habelə 4 məhkəmə sədri aşağı işə keçirilib.

Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə Məhkəmə-Hüquq Şurasının növbəti iclası 6 hakim intizam məsuliyyətinə cəlb edilib, 2 nəfərin tutduğu vəzifədən azad edilməsi, 1 nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə qərarlar qəbul olunub.

Ümumiyyətlə isə Şuranın fəaliyyət göstərdiyi 2005-ci ildən hakimlər barədə 250-dən çox intizam icraatı başlanılıb, 122 hakim qanunvericiliklə nəzərdə tutulmuş müxtəlif əsaslarla, o cümlədən, 14 nəfər intizam qaydasında, 74 nəfər səlahiyyət müddəti bitdiyinə görə, 34 nəfər isə yaş həddinə çatması ilə əlaqədar səlahiyyət müddəti uzadılmayaraq məhkəmə sistemindən kənarlaşdırılıb.