XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 February 2019 - 20:32

Avropa Məhkəməsinə Azərbaycandan seçilmiş hakimə diplomatik pasport veriləcək

Xarici İşlər Nazirliyi tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycandan seçilmiş hakimə diplomatik pasport veriləcək.

ONA-nın məlumatına görə, bu, “Pasportlar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycandan seçilmiş hakimin arvadına (ərinə), 18 yaşına çatmamış uşaqlarına, 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladlarına və 18 yaşına çatmış ərdə olmayan qızına da diplomatik pasport veriləcək.

Qanun layihəsi martın 5-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.