XƏBƏR LENTİ

07 Mart 2021
06 Mart 2021

Digər Xəbərlər

27 Fevral 2019 - 21:54

Ukrayna Azərbaycana yeni səfir təyin edib

Ukrayna prezidenti Petro Poroşenko Vladislav Kanevskini Azərbaycana yeni səfir təyin edib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, prezident müvafiq fərmanı çərşənbə günü imzalayıb.

Vladislav Kanevski əvvəllər Ukrayna Xarici İşlər Nazirliyi Katibliyi Departamentinin Təhlil və Planlaşdırma şöbəsinin müdiri – Departament direktorunun müavini vəzifəsində çalışıb.

Poroşenkonun digər fərmanları ilə Vadim Vaxruşev Ukraynanın Yəməndə, Aleksandr Mişenko isə Latviyadakı səfiri təyin olunub.

Bundan əlavə, dövlət başçısı Ukraynanın Misirdəki səfiri Gennadi Lati və Qatardakı səfir Yevgeni Mikitenkonu tutduğu vəzifələrindən azad edib.