XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

28 Fevral 2019 - 12:55

Səhiyyə naziri qızılca xəstəliyi ilə bağlı əmr imzaladı –Baş həkimlərə tapşırıq verildi

Səhiyyə naziri Oqtay Şirəliyev ölkədə qızılca xəstəliyinə qarşı immunlaşdırma tədbirlərinin keçirilməsinə dair əmr imzalayıb.

Strateq.az Səhiyyə Nazirliyinə istinadən bildirir ki, 2018-ci ildə Avropanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanla həmsərhəd olan Gürcüstan və Rusiya Federasiyasında qızılca xəstəliyinin alovlanması və həmin ölkələrdən Azərbaycana gətirilmə halları qeydə alınıb:

“Qabaqlayıcı tədbirlərlə xəstəliyin qarşısını almaq məqsədi ilə imzalanan əmrdə Səhiyyə Nazirliyinin tibb idarə və müəssisələrinin rəhbərlərinə 2019-cu ilin mart-aprel aylarında qızılca xəstəliyi qeyd olunan Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarında 20-40 yaşlı əhali arasında qızılcaya qarşı təmizləyici immunlaşdırma tədbirlərinin keçirilməsi tapşırılır.

Ambulator-poliklinik müəssisələrdə briqadaların təşkili, peyvənd aparılacaq tibb məntəqələrində müvafiq şəraitin yaradılması əks olunub. Eyni zamnda Əmrdə immunlaşdırma tədbirlərinin həyata keçirilməsində yerli tibb müəssisələrinə metodiki köməklik göstərilməsi, bölgüyə əsasən qızılca məxmərək vaksininin yerlərə çatdırılmasının təminatı tapşırıqları da verilib”.