XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

28 Fevral 2019 - 13:36

Son iki ayda 56 nəfər dərmandan zəhərlənib –Azərbaycanda

Bu ilin əvvəlindən indiyədək 56 nəfər dərmandan zəhərlənmə şikayəti ilə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə müraciət edib.

Bunu mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, dərmandan zəhərlənmə şikayəti ilə müraciət edənlərin 18-i xəstəxanaya yerləşdirilib. Müraciət edənlərin 4-ü uşaq olub ki, onlardan da 3-ü stasionar müalicəyə qəbul edilib.

A.Maqsudov bildirib ki, bu il ərzində 4-ü uşaq olmaqla, 31 nəfər dərmanların qəbulundan sonra yaranan allergik təsirlərlə bağlı mərkəzə müraciət edib. Onların 14-ü (2-si uşaq olub) xəstəxanaya yerləşdirilib.

Trend