XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

28 Fevral 2019 - 16:39

NATO-nun ekspert qrupu ilə Müdafiə Nazirliyinin mütəxəssisləri arasında görüş oldu –FOTO

Hərbi təhsil sisteminin inkişafına dəstək üzrə NATO-Azərbaycan birgə fəaliyyət planına uyğun olaraq Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı (DEEP) çərçivəsində NATO-nun ekspert qrupu ilə Müdafiə Nazirliyinin mütəxəssisləri arasında işçi görüşü keçirilib.

Strateq.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, görüşdə Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı çərçivəsində 2018-ci il ərzində həyata keçirilmiş fəaliyyətlər təhlil edilib, həmçinin cari il üçün tədbirlərin planlaşdırılması məsələləri nəzərdən keçirilib və yeni əməkdaşlıq sahələri müəyyən edilib.