XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

28 Fevral 2019 - 21:46

Azərbaycanın dağ kəndlərinə güclü qar yağdı –VİDEO

Səhər saatlarından yağmağa başlayan qarın qalınlığı 40-50 sm-ə çatıb.

Xəzər Xəbər-in məlumatına görə, güclü qar Tovuzun dağ kəndlərinə, xüsusilə də Molla Ayrım, Hacı Həsənli, Kirən, Soflar, Xatıncan və Qalaboyuna gedən əsas yolda sürücülərə çətin anlar yaşadıb.

Əksər yerlərdə isə qarın qalınlığı 20-30 sm təşkil edib. Sürücülər bildirirlər ki, daha çox səhər və axşam saatlarında çətinliklə üzləşirlər. Hava soyuq olduğuna görə yollar buz bağlayır.

Mövcud vəziyyətlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 26 nömrəli Yol İstismar İdarəsindən bildirildi ki, hazırda Tovuz-Böyük Qışlaq yolunda vəziyyət daha təhlükəli olduğu üçün orada təhlükəsizlik tədbirləri görülür. Növbəli şəkildə sözügedən yol qum və duz ehtiyatı ilə təmin edilir.