XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021

Digər Xəbərlər

01 Mart 2019 - 13:10

Ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı azalıb –Gürcüstanda

  Hazırda Gürcüstanda ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı 2 124 nəfər təşkil edir.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Azərbaycan vətəndaşlarının 470-i dövlət, 1 654-ü isə özəl universitetlərdə oxuyur.

İllik müqayisədə qonşu ölkədə ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı 578 nəfər azalıb. 2017-2018-ci tədris ilində Gürcüstanda ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı 2 702nəfər olub.

Ötən ilki tədris ilində Azərbaycanda ali təhsil alan Gürcüstan vətəndaşlarının sayı isə 14 nəfər təşkil edib. Onların hamısı özəl ali məktəblərin tələbəsi olub. Builki tədris ilində isə Azərbaycanın nə dövlət, nə də özəl universitetlərində Gürcüstan vətəndaşı təhsil alır.

Gürcüstanın ali məktəblərində ümumilikdə, 12 234 xarici tələbə oxuyur. Onların 4 236-sı dövlət, 7 998 nəfəri isə özəl üniversitetlərdə təhsil alır. Əcnəbi tələbələr arasında Hindistan vətəndaşları 5 830 nəfərlə birinci yeri tutur.  (Report)