XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

01 Mart 2019 - 15:55

Gürcü nazir:“Gürcüstanın NATO-ya inteqrasiyasında bu il ciddi fəallıq olacaq”

“Gürcüstanın NATO-ya inteqrasiyası istiqamətində bu il ciddi fəallıq olacaq”.

Bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.

O deyib ki, NATO-nun baş katibi Yens Stoltenberqin Gürcüstana səfəri gözlənilir: “Gürcüstanda NATO-nun Hərbi komitəsinin iclası və NATO-nun hərbi təlimləri planlaşdırılıb. NATO-nun Brüssel sammitində qeyd olunub ki, Gürcüstanın Alyansa üzv olması istiqamətində bütün praktiki alətlərin istifadə olunması baxımından nəzərəçarpacaq nəticəsi var”.

D.Zalkaliani qeyd edib ki, NATO-nun Hərbi komitəsinin iclasında Gürcüstan tərəfi illik milli proqram təqdim edəcək.  (Report)