XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

26 Fevral 2016 - 13:11

Ötən il Penitensiar Xidmətin 18 əməkdaşı vəzifədən sui-istifadəyə görə işdən azad olunub

Pentensiar xidmət

 

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2015-ci ildəki fəaliyyətinin yekunlarına əsasən, vəzifədən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və korrupsiya elementlərinin yaranmasına zəmin olan səbəb və şəraitin aradan qaldırılmasına yönələn konkret tədbirlər nəticəsində pozuntulara yol verən 322 əməkdaş intizam məsuliyyətinə cəlb edilib, 18 əməkdaş tutduğu vəzifədən azad olunub, 18 əməkdaş isə ədliyyə orqanlarından xaric edilib.

 

Strateq.az report.az-a istinadən xəbər verir ki, bu barədə "Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında" İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2015-ci il üzrə illik məruzəsində bildirilir.

 

İllik məruzədə o da vurğulanıb ki, fəaliyyəti dövründə Müvəkkilin vəsatəti ilə ümumilikdə 493, keçən il isə 38 məhkum əfv edilib.

 

Qeyd edək ki, illik məruzə Milli Məclisin martın 4-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.