XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

01 Mart 2019 - 16:20

Xalid Əhədov:“Azərbaycanda imzalanmış fərmanın presedenti yoxdur”

“Başqa ölkələrin problemli kreditlərlə bağlı həyata keçirdiyi proqramların maliyyə tutumu və əhatə dairəsi Azərbaycanla müqayisədə dəfələrlə kiçikdir”.

Bunu Birinci Vitse-Prezidentin köməkçisi Xalid Əhədov Real TV-də bildirib.

“Bildiyiniz kimi, son illər dünya bazarında neftin qiyməti bir neçə dəfə düşüb və bu, neft iqtisadiyyatına malik ölkələrin milli valyutalarının məzənnəsinə mənfi təsir edib. Bu da son nəticədə həmin ölkələrin vətəndaşlarının kredit ödənişlərində çətinliklər yaradıb. Fikir versək görərik ki, bu ölkələrin əksəriyyətində problemli kreditlərlə bağlı tədbirlər görülməyib, bəzi ölkələrdə də yalnız xarici valyutada götürülmüş ipoteka kreditləri ilə bağlı müəyyən addımlar atılıb (Azərbaycanda ipoteka kreditləri yalnız milli valyutada verilir). Bəzi ölkələrdə isə sadəcə vədlər verilib. Amma bu vədlərin icrası barədə ictimaiyyətdə heç bir məluma yoxdur.

Bu yaxınlarda mətbuatda bir məlumat getdi. Birləşmiş Ərəb Əmirliklərində problemli kreditlərlə bağlı hansısa işlər görüləcək. Amma burada söhbət yalnız 3 min adamı əhatə edən proqramdan gedirdi. Amma Prezident İlham Əliyevin imzaladığı fərman 800 mindən artıq insanın problemini həll edir. Bu fərmanın maliyyə tutumunu, ayrılacaq vəsaitin ölkənin ümumi daxili məhsuluna və bank sektorunun aktivlərinə nisbətini nəzərə alsaq deyə biləri ki, onun presedenti yoxdur”, – deyə o, qeyd edib.