XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

01 Mart 2019 - 17:38

İstirahət günlərində hava necə olacaq? –Nazirlikdən açıqlama


İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük və Kiçik Qafqazda martın 2-3-də bu bölgədə havanın əsasən yağmursuz keçəcəyi, lakin martın 2-də axşam, 3-də bəzi yerlərdə yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu dağətəyi rayonlarda 7-12, dağlıq rayonlarda 3-7 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində hava şəraitinin nisbətən sabit olacağı, əsasən yağmursuz keçəcəyi, lakin martın 3-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 8-12, dağlıq rayonlarda 3-8 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin martın 3-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi martın 3-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu 9-14 dərəcə isti təşkil edəcək.

Naxçıvanda havanın əsasən yağmursuz keçəcəyi, lakin martın 3-də bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 6-11 dərəcə isti təşkil edəcək.

Bakıda yaxın iki gündə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi martın 3-də arabir güclənəcək. Havanın maksimal temperaturu 7-12 dərəcə isti təşkil edəcək.