XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

01 Mart 2019 - 19:40

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Azəbaycanda filialı açılır –Səfir vaxtı açıqladı

Azərbaycanda Rusiya ali təhsil müəssisələrinin daha 3 filialı açılacaq.

Bunu Trend-ə müsahibəsində Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov deyib. M.Boçarnikovun sözlərinə görə, söhbət Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Ali İqtisad Məktəbi və Moskva Dövlət Humanitar-İqtisadi Universitetinin filiallarından gedir.

Səfir əlavə edib ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun filialının Bakıda bu ilin sonunadək açılması planlaşdırılır və hazırda bu məsələ tərəflər arasında müzakirə olunur.