XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

01 Mart 2019 - 19:45

Keyfiyyətsiz dərmanlar belə məhv edildi –Video

Bakı Baş Gömrük İdarəsinin qida təhlükəsizliyi və insan sağlamlığına mənfi təsir edən amillərin aradan qaldırılması məqsədilə həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində külli miqdarda dərman vasitəsi, qida əlavələri aşkar edilərək ekoloji poliqonda məhv edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən məhv edilən dərman preparatlarının və bioloji aktiv maddələrin Azərbaycanda qeydiyyatda olmadığı, keyfiyyət normativlərinə cavab vermədiyi müəyyən edildiyindən Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” MMC tərəfindən topdan satışa buraxılmasına qadağa qoyulub.

“Qırxbulaq” MMC, “Zeytun pharmacuticals” MMC, “Centrum pharma” MMC, “Alfa-N company” MMC, “NP” MMC, “Stomdent” MMC, “Amex” MMC, “Asfarma dərman sənaye LTD ŞTİ” MMC firmaları tərəfindən müxtəlif vaxtlarda gətirilən həmin dərman vasitələri ümumilikdə 15 min 863,40 ABŞ dolları, 2 milyon 218 min 822,88 Rusiya rublu, 25 min 65,02 avro dəyərində olub.  (Axar.az)