XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

02 Mart 2019 - 11:33

Bakının icra başçısı:"Prezidentin problemli kreditlərlə bağlı imzaladığı fərmanın dünyada anoloqu yoxdur"

“Son günlər Prezident İlham Əliyev ölkədə sosial rifahın yaxşılaşdırrılması ilə bağlı bir sıra qərarlar verib. Bu qərarların dünyada anoloqu yoxdur”.

“Report” xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

O bildirib ki, həmin qərarlardan biri də Prezidentin imzaladığı problemli kreditlərin həlli ilə bağlı fərmandır: “Bu, adi məsələ deyil. Birincisi, bu onu göstərir ki, Azərbaycan dövləti iqtisadi baxımdan qüdrətli ölkə kimi formalaşıb və bu cür qərarlar verməyə qadirdir. Ölkə inkişaf edir, sabitlik hökm sürür. Nəzərə alsaq ki, biz Qafqazda, müharibə şəraitində yaşayırıq, bu qərar tarixi nailiyyət və cənab Prezidentin siyasətinin nəticəsidir. Çünki Prezident İlham Əliyevin siyasəti ümumxalq xarakteri daşıyır”.