XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

02 Mart 2019 - 12:34

İcra başçısı:"Nazirlər Kabineti Bayıl sürüşmə zonasında yaşayanların məsələsi ilə bağlı yeni qərar verəcək"

Bayıl sürüşmə zonası ilə bağlı məsələyə Nazirlər Kabinetində baxılır.

Trend-in məlumatına görə, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

E.Əzizov bildirib ki, sürüşmə hadisəsi bu ərazidə birinci və sonuncu dəfə deyil: “Bu, təbii prosesdir. Sürüşmə orada yaşayışın olub-olmaması ilə bağlı deyil. Səhv etmirəmsə, həmin ərazidə sürüşmə 1830-cu illərdə də baş verib. Həmin vaxt orada nə yaşıllıq salınmışdı, nə də yaşayış vardı”.

İcra başçısı qeyd edib ki, Nazirlər Kabineti Bayıl sürüşmə zonasında yaşayanların məsələsi ilə bağlı yaxın günlərdə yeni qərar verəcək: “Bu barədə Prezident İlham Əliyev tərəfindən tapşırıq verilib”.