XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

02 Mart 2019 - 12:52

“Kənddən Şəhərə” bayram yarmarkası fəaliyyətə başlayıb- Xəzər rayonunda+FOTO

“Novruz” bayramı ərəfəsində əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, o cümlədən çeşidini genişləndirməklə və əlverişli qiymətə almaq imkanının yaradılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar Ticarət Şirkəti və Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən Mərdəkan qəsəbəsində “Kənddən Şəhərə” devizi altında təşkil olunan kənd təsərrüfatı məhsullarının satışı yarmarkası bu gün səhər saatlarından fəaliyyətə başlayıb.

Azərtac xəbər verir ki, satış yarmarkası rayonun Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, döngə 2 (köhnə avtovağzalda) ünvanında keçirilir.

Təşkil olunan yarmarkada fermerlər pulsuz iştirak edirlər. Həmçinin “Kənddən Şəhərə” yarmarkalarına çıxarılacaq məhsullar Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlanıldıqdan sonra satışa buraxılır.

Qeyd edək ki, martın 2-dən etibarən hər həftənin şənbə və bazar günləri, martın 16-dan 21-dək isə hər gün ayrılmış yerdə kənd təsərrüfatı məhsullarının satışı yarmarkası keçiriləcək.