Almaniya Bundestaqı qondarma “erməni soyqırımı” haqqında parlamentə təqdim olunmuş qətnamə layihəsi ilə bağlı səsvermə ləğv olunub və sənəd geri qaytarıb.
Strateq.az bildirir ki, Almaniya kansleri Angela Merkelin də iştirak etdiyi iclas zamanı aparılan gərgin müzakirələrdən sonra bu qərar qəbul edilib. Qətnamənin parlamentin bütün siyasi qüvvələri ilə razılaşdırdıqdan sonra gündəliyə çıxarılması təklif edilib.
Qeyd edək ki, qətnamə layihəsi “Yaşıllar” partiyasının lideri Cem Özdemir tərəfindən parlamentə çıxarılıb.
Sənəddə Almaniyadan 1- ci dünya müharibəsində Türkiyənin müttəfiqi kimi bu “soyqırımda” günah payının bir hissəsinin öz üzərinə götürməsi tələb olunur.