XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Mart 2019 - 16:22

Dünyada eşitmə qüsurlu insanların sayı 466 milyona yaxındır- 2050-ci ilə qədər 900 milyonu keçə bilər

Hazırda dünya əhalisinin 5-9%-dən çoxunda, təxminən, 466 milyona yaxın insanda eşitmə qüsuru var.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, onların 432 milyonu böyüklər, 34 milyonu isə uşaqlardır.

Tibb mütəxəssislərinin apardıqları araşdırmalara əsasən, əgər qabaqlayıcı tədbirlər görülməsə, 2050-ci ilə qədər eşitmə qüsurlu insanların sayır 900 milyonu keçəcək. Bu isə o deməkdir ki, dünyada hər 10 insandan birində eşitmə qüsur qeydə alınacaq.