XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

02 Mart 2019 - 17:02

Ölkədə nə qədər müəllim və şagird var?- Rəsmi açıqlama

“Hazırda ölkə üzrə ümumilikdə 2 şəhər təhsil idarəsi, 2 şəhər təhsil şöbəsi, 60 rayon təhsil şöbəsi və bu qurumların tabeliyində 4445 məktəb fəaliyyət göstərir. Həmin məktəblərdə 144 min müəllim çalışır, şagirdlərin ümumi sayı 1 milyon 520 min nəfərə bərabərdir”.

ONA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Bakı şəhəri 6 nömrəli məktəb-liseydə “Ümumi təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda keçirilmiş müşavirədə deyib.

M. Vəliyeva bildirib ki, müəllimlərin mərkəzləşmiş qaydada işə qəbulu üzrə müsabiqəyə 2015-ci ildə 21795 nəfər müraciət edib, onlardan 2200-ü işə qəbul olunub: “Ötən il isə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 50697 nəfər müraciət edib, onlardan 8500 nəfər daimi əsaslarla işə qəbul olunub. Həmin müəllimlərin 48 faizi müddətsiz, 52 faizi müddətli müqavilə ilə fəaliyyət göstərir”.

Nazir müavini yerlərdə gənc müəllimlərlə işin nəzarətə götürülməsi və onların istiqamətləndirilməsinin vacib olduğunu qeyd edib.