XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 March 2019 - 20:01

Türkiyə Super Liqası:"Beşiktaş" xal itirib

“Beşiktaş” Türkiyə Super Liqasında növbəti oyununu keçirib.

“Report” xəbər verir ki, İstanbul təmsilçisi 24-cü turda səfərdə “Kayserispor”la üz-üzə gəlib.

Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. “Qara qartallar” 38-ci dəqiqədə Atiba Hatçinsonun qolu ilə hesabı açıb.

Meydan sahibləri 58-ci dəqiqədə Artem Kravets və 62 ci dəqiqədə Deniz Türüçün qolları ilə hesabı öz xeyirlərinə dəyişib. 90+1 dəqiqədə isə Caner Erkin fərqlənməklə “Beşiktaş”ı məğlubiyyətdən xilas edib.

Qeyd edək ki, “Beşiktaş” turnir cədvəlində 41 xalla üçüncü, “Kayserispor” isə 32 xalla yeddincidir.