XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

26 Fevral 2016 - 14:30

Sabah Bakıda və rayonlarda hava necə olacaq? –Proqnoz

hava-gunesli

 

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 5-8 dərəcə, gündüz 12-17 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu Aran rayonlarında gecə 6-11 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlıq rayonlarda gecə 1-6 dərəcə, gündüz 11-16 dərəcə isti olacaq.