XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

26 Fevral 2016 - 14:26

Neftçalada tapılan cəsəd neftçi Cavad Xudaverdiyevindir

denizde meyid

 

Xəzərin Neftçala ərazisində aşkar edilmiş cəsəd identifikasiya olunub

 

Fevralın 21-də Xəzər dənizinin Neftçala rayonu ərazisində aşkar edilmiş cəsədin DNT analizinin nəticələri məlum olub. 

 

Report.az Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, ekspertlərin rəyinə əsasən, cəsəd SOCAR-ın Nəqliyyat İdarəsinin əməkdaşı Cavad Xudaverdi oğlu Xudaverdiyevindir. O, dekabrın 4-də təbii fəlakət nəticəsində "Neft Daşları"ndakı 501 saylı dəniz özülündə baş vermiş qəzada itkin düşən 3 neftçidən biridir.

 

"Dekabrın 4-də Neft Daşlarındakı 501 saylı və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir", – deyə SOCAR-dan qeyd olunub.