XƏBƏR LENTİ

25 Yanvar 2021

Digər Xəbərlər

04 Mart 2019 - 15:30

Dövlət Gömrük Komitəsi vətəndaşların suallarını cavablandıracaq –Vaxt açıqlandı

  Martın 5-də Dövlət Gömrük Komitəsinin “Facebook” sosial şəbəkəsindəki səhifəsində canlı yayımda “Yaşıl Dəhliz” buraxılış sistemi və “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 305 saylı qərarı ilə bağlı vətəndaşların sualları cavablandırılacaq.

Komitədən Trend-ə verilən məlumata görə, saat 12:00-13:00 arası baş tutacaq canlı yayımda suallara Komitənin mütəxəssisləri tərəfindən cavab veriləcək.

Qeyd edilir ki, suallar yalnız mövzu ilə bağlı olmalıdır. Cavablandırılması üçün xüsusi araşdırma və vaxt tələb olunan suallara canlı yayımdan sonra müraciət edənlərin şəxsi mesaj qutularına göndərilən açıqlamalar vasitəsilə aydınlıq gətiriləcək. (Trend)