XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

04 Mart 2015 - 12:44

Həbsdəki OMON-çular üçün prezidentə – MÜRACİƏT

Cənab Prezident!

Məlum olduğukimi, mart ayında 1995-ci ildə baş vermiş məlum OMON hadisəsinin 20 ili tamam olacaq. Həmin dönəmdə Azərbaycan hakimiyyətinə qarşı çıxmış insanların demək olarki, hamısı cəzalandırıldı. Böyük əksəriyyəti qanun qarşısında cavab verərək, cinayət məsuliyyətinə cəlb edilərək, azadlıqdan məhrum edildilər. Bir sözlə, cəzalarını aldılar.

çox hörmətli Prezident!

Bu hadisələrə görə məsuliyyətə cəlb olunanların demək olar ki, hamısı cəzalarını çəkərək, azadlığa çıxıblar. Yalnız onlardan ikisi- Arif Kazımov və Səfa Poladov hələ də həbsdədirlər və dəfələrlə əfv diləsələrdə, azadlığa buraxılmayıblar. Onlar məhkəmənin qərarı ilə ömürlük həbsə məhkum ediliblər və hər dəfə törətdikləri əməllərdən peşimanlıq hissi keçirdiklərini və azadlığa buraxılmalarını Sizdən acizanə şəkildə xahiş ediblər.

Qeyd edək ki, Qarabağ savaşında ağır döyüşlərin fəal iştirakçıları Arif Kazımov və Səfa Poladov 18 ildir ki, Qobustan Qapalı həbxanasında olduqlarından artıq səhhətlərində ciddi problemlər yaşanır. Dəfələrlə xəstəlikləri üzündən ölümlə üz-üzəgəliblər ki, həkimlərin sayəsində həyatda qalmağı bacarıblar. İndiyə qədər hər ikisinə cərrahi müdaxilə olub. Hər ikisi ürək çatışmamazlığından əziyyət cəkir. Yaşları da artıq 45-50 arasındadır ki, onların bundan sonra da həbsxanada qalması həyatları üçün ciddi təhlükədir. Elə həkimlər də təsdiqləyir ki, Arif Kazımov və Səfa Poladovun bu xəstəliklə həbsxanada yaşaması mümkünsüzdür. Hər iki məhbusla bağlı həbsxana rəhbərliyi tərəfindən razı qaldıqları və intizamlı olduqlarına görə dəfələrlə mükafatlandırlıblar. Hər ikisi də uzun müddətdir ki, namaz qılıb ibadətlə məşğul olurlar. Və ən əsası hər iki məhbus Qarabağa savaşında illərlə vuruşublar, ən ağır döyüşlərin iştirakçısı olublar və sonda hər iki şəxs həbsdə olduğu müddətdə valideyinlərini itiriblər.

Cənab Prezident!

ömürlük həbs almış və artıq 18 ildir həbsdə olan Səfa Poladov və Arif Kazımovun Sizin tərəfinizdən bağışlanılması ən ədalətli qərar olardı. çünki Siz dəfələrlə əfv fərmanları və amnistiya aktları imzalayaraq, on minlərlə ailəyə sevinc bəxs eştmisiniz.

İndiyə qədər sayənizdə azadlığa qovuşmuş insanlar öz həyatlarını cinayət aləmində deyil, daha səmərəli və qanuni işlərdə quraraq nicat tapıblar. Bu yaxınlarda imzaladığınız növbəti əfv fərmanınız onlarla ailəyə xoşbəxtlik bəxş edib. Və əminik ki, Siz bundan sonra da belə humanist addımlar atmaqda davam edəcəksiniz.

çox hörmətli Dövlətimizin Başçısı!

Sizə müraciət etməkdə məqsədimiz ədalətinizə sığınaraq, həbsdə olan və hazırda ölümlə pəncələşən iki insana nicat vermək üçün addım atmağınızdır. Əminik ki, Siz bu müraciətmizi yerə salmayaraq, növbəti dəfə böyüklük, humanistlik, insanpərvərlik nümayiş etdirərək, ölüm ayağında olan bu iki Qarabağ döyüşçüsünün azadlığa buraxılmasını təmin edəcəksiniz.
Dərin hörmətlə,

1) Millət vəkili çingiz Qənizadə
2) Millət vəkili Fazil Mustafa
3) Millət vəkili İqbal Ağazadə
4) Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri İlqar İbrahimoğlu
5) “Qarabağ qaziləri” birliyinin sədri Etimad Əsədov
6) Hüquq mudafiəçisi İradə Cavadova
7) ömürlük Məhbusların Müdafiə komitəsinin sədri Müslimət Rzaxanova
8) NATO Emekdasliq Institutunun rəhbəri Fərrux Məmmədov
9) Kecmiş OMON-un komandiri Nizami Şahmuradov
10) Vəkil Elçin sadıqov
11) Tia.az saytının rəhbəri Əlişir Əhəd
12) Jurnalist Araşdırma Mərkəzinin rəhbəri Fikrət Fəraməzoğlu