Milli Məclisin bu gün keçirilən plenar iclasında “Pasportlar haqqında” qanuna dəyişiklik edilib.
“Report” xəbər verir ki, dəyişiklik qanunun 6-cı (Diplomatik pasport) maddəsinə olunub.
Sənədə əsasən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycandan seçilən hakimə də diplomatik pasport veriləcək.
Layihə səsverməyə çıxarılaraq qəbul olunub.