XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

05 Mart 2019 - 16:47

AFFA Peşəkar Futbol Liqasına əlavə vəsait ayırıb –Hesabat

AFFA-nın Peşəkar Futbol Liqasına (PFL) ayırdığı vəsait 2017-ci ilə nisbətən artıb.

Bu barədə milli assosiasiyanın 2018-ci il üçün Hesabatında bildirilir.

Qurumun 2018-ci ildə PFL-ə ayırdığı məbləğ 56.9 faiz artaraq 40 min manat təşkil edib. Bu isə ötən hesabat ili ilə müqayisədə 14 min 500 manat artım deməkdir.

AFFA-nın 2018-ci ildə tərkibində olan federasiyalara və üzvlərə ayrılan ümumi vəsait də artım baş verib. Assosiasiya 2018-ci ildə federasiya və üzvlərə 1 milyon 340 min 170 manat ayırıb. 2017-ci ildə isə bu göstərici 849 min 733 manat olub.

AFFA geridə qalan il Futzal Federasiyasına 493 min 400 manat, Futbol Veteranları İttifaqına 191 min 565 manat, Regional Futbol Federasiyasına 1760 min 70 manat, Uşaq və Gənclər Federasiyasına 180 min manat, Çimərlik Futbol Federasiyasına 83 min 250 manat, Əlillər Futbol Federasiyasına 118 min 185 manat, İctimai Futbol Federasiyasına 17 min 200 manat, Tələbə Futbol Federasiyasına 41 min 500 manat, Sahə Futbol Federasiyasına isə 15 min manat vəsait ayırıb/Report.