XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

06 Mart 2019 - 10:02

Azərbaycandan Rusiyaya gedən mikroavtobus qəzaya düşdü –Qəzada ölənlərin adları açıqlandı - YENİLƏNİR

Bakıdan Moskva istiqamətində hərəkətdə olan mikroavtobusun Stavropolda qəzaya uğraması nəticəsində ölən Azərbaycan vətəndaşlarının adları açıqlanıb. Həmin şəxslər aşağıdakılardır:

– 1975-ci il təvəllüdlü Həsənov Rəsul Ənvər oğlu

– 1983-cü il təvəllüdlü İsmayılov Şəmsi Tanrıverdi oğlu

– 1962-ci il təvəllüdlü Əhmədov Namiq Tohid oğlu

– 1969-cu il təvəllüdlü Abdullayev Ələmdar Niftalı oğlu

– 1984-cü il təvəllüdlü Quliyev Vüsal Alı oğlu

– 1988-ci il təvəllüdlü Şirinov Xəyal Hamlet oğlu

Bildirilir ki, sərnişinlərdən 4-ü hadisə yerində, digər 2-si isə xəstəxanaya çatdırılarkən yolda ölüb. İlkin olaraq hadisəyə səbəb kimi ZİL markalı yük avtomobilinin sürücüsünün sükan arxasında yuxuya getməsi qeyd olunur.

***

Azərbaycandan Moskvaya sərnişin daşıyan mikroavtobus Rusiyanın Stavrapol vilayətində qəzaya düşüb. “Mersedes” markalı minivanın yük maşını ilə toqquşması nəticəsində 7 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Bu barədə Stavropol vilayəti Fövqəladə Hallar Nazirliyi məlumat verib. Avtomobilin Moskva istiqamətində hərəkətdə olduğu deyilir. Avtobusda olanların dəqiq sayı və onların yaşayış yeri məlum deyil.

Ehtimala görə sərnişinlərin hamısı Azərbaycan vətəndaşlarıdır. İlkin məlumata əsasən qəza yük avtomobilinin mikroavtobusun yoluna çıxması nəticəsində baş verib.  Hadisəni təfərrüatı araşdırılır. (ona.az)