XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

06 Mart 2019 - 13:53

Azərbaycan Aşıq Sənəti Muzeyi binasının tikintisinə maliyyə vəsaiti ayrıldı- Sərəncam

Prezident İlham Əliyev Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Muzeyi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama görə, Tovuz rayonunda Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Muzeyi binasının tikintisi işlərinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.67-ci bəndində göstərilmiş məbləğin 3 160 000 (üç milyon yüz altmış min) manatı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə ayrılır.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməli, Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.