XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Mart 2019 - 18:41

Bu ərazidə avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq- Dövlət Agentliyi

Martın 7-də səhər saatlarından etibarən Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində təmir-tikinti işlərinə başlanacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) ONA-ya verilən məlumata görə, məqsəd avtonəqliyyat vasitələrinin rahat hərəkətini təmin etməkdir. Bununla əlaqədar olaraq yolda hərəkət qismən məhdudlaşdırılacaq.

Sürücülərdən təmir-bərpa işlərinin aparıldığı müddət ərzində sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.