XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

06 Mart 2019 - 19:02

Kür-Bakı su kəmərində qəza- Bakının bu hissəsində su olmayacaq

Kür-Bakı magistral su kəmərində qəza baş verib.

Bu barədə Trend-ə açıqlamasında “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

A.Cəbrayıllının sözlərinə görə, baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün gecə saatlarınadək Bakı şəhəri Qaradağ rayonunun bir hissəsinə (Səngəçal, Ümid, Sahil, Qızıldaş, AZNS, Lökbatan, Puta, Korgöz qəsəbələrinə) içməli suyun verilməsi dayandırılacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.