XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

07 Mart 2019 - 00:04

Xarici işlər naziri Paolo Qrimoldini ilə fikir mübadiləsi aparıb –FOTO

Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan ATƏT PA yanında İtaliya nümayəndə heyətinin sədri, İtaliya Deputatlar Palatasında Xarici Əlaqələr Komissiyasının sədr müavini Paolo Qrimoldini qəbul edib.

XİN-nin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, Bakıda ilk dəfə səfərdə olduğunu qeyd edən Paolo Qrimoldi Azərbaycan haqqında təəssüratları ilə bölüşdü və səfər çərçivəsində keçirilən görüşlərdən məmnunluğunu ifadə edib.

Görüşdə Azərbaycanla İtaliya arasında siyasi, iqtisadi, turizm və digər sahələrdə münasibətlərin hazırki vəziyyəti müzakirə edilib, xüsusilə enerji sahəsində əməkdaşlığın mövcud əlaqələrin inkişafına yeni təkan verəcəyi qeyd olunub.

Bundan əlavə, ikitərəfli əlaqələrin inkişafında Parlamentlərarası əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.