XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

26 Fevral 2016 - 17:08

Xocalı Soyqırımı Batumi də də anıldı


 

 

Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulluğu tərəfindən fevral ayının 25-də Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş anma tədbiri kecirilib.

 

Tədbirin əvvəlində Xocalı soyqırımının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə çıxış edən baş konsul Rəşad İsmayılov bildirib ki, Xocalı faciəsi Azərbaycan xalqına və insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Şəhidlərin əziz xatirəsini yad etmək, Xocalı soyqırımı ilə bağlı tarixi həqiqətləri dünyaya yaymaq bizim borcumuzdur. Diplomat diqqətə çatdırıb ki, fevralın 26-sı təkcə Azərbaycan üçün deyil, insanlıq üçün də kədərli gündür:

 

"İyirmi dörd il əvvəl Xocalıda ermənilərin vəhşicəsinə qətlə yetirdikləri dinc insanların xatirəsini anırıq. Bu, insan olaraq hamımızın borcudur. Həm də məqsədimiz odur ki, dünya ictimaiyyəti bu vəhşilikləri törədən erməniləri daha yaxşı tanısın".

 

Baş konsul Rəşad İsmayılov onu da qeyd edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" ("Justice for Khojaly") beynəlxalq təşviqat kampaniyası cərcivəsində, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə, “Müharibə cinayətinin Xocalı şahidi: Ermənistan müttəhim kürsüsündə” (“Khojaly Witness of a war crime – Armenia in the Dock”) kitabı Baş konsulluq tərəfindən gürcü dilində tərcümə olunaraq Xocalı faciəsi haqqında həqiqətləri gürcü ictimaiyyətinin diqqətinə catdırılıb.

 

Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar, faciəni əks etdirən xüsusi stend hazırlanıb, gürcü sənətcilərinin iştirakı ilə xalqımızın üzləşdiyi facıəni əks etdirən gürcü dilində səhnə nümayış olunub.

 

Həmçinin, “Xocalı faciəsi uşaqların gözü ilə“ rəsm əsərlərindən ibarət sərgi də nümayiş etdirilib.

 

Anım mərasimində Acarıstan Muxtar Respublikası hökumət aparatının, nazirliklərinin və qurumlarının məsul işçiləri, Batumidə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalına layiq görülmüş, tarix elmləri doktoru Quram Marxuliya, Batumi Dövlət Universitetinin professoru, hüquq elmlər doktoru, Rostom Quntaişvili, Batumi Dövlət Universitetinin professor-müəllim heyəti, QHT və KİV nümayəndələri, Kulevi terminalının və Gürcüstanda fəaliyyət göstərən "SOCAR" şirkətinin rəhbər heyəti və əməkdaşları, Acarıstan MR-dəki icmaların rəhbərləri, Acarıstanın ziyalıları və Azərbaycan icmasının üzvləri iştirak ediblər.