XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

26 Fevral 2016 - 17:05

Mərkəzi Bank tender elan etdi

merkezi_bank_0001

 

Azərbaycan Mərkəzi Bankında (AMB) xarici valyuta əməliyyatlarının aparılmasının avtomatlaşdırılmış monitorinq sisteminin yaradılması ilə bağlı açıq tender elanını ləğv edib. 

 

Bu barədə Tender Komissiyasının rəsmi qəzetdə dərc olunmuş elanında məlumat verilir.

 

Qeyd edək ki, tender elanı bu ayın əvvəlində rəsmi qəzetdə dərc olunub. Elana əsasən, iddiaçı ilə xarici valyuta əməliyyatlarının aparılmasının avtomatlaşdırılmış monitorinq sisteminin yaradılması üçün tender üzrə satın alınma müqaviləsi 6 aylıq bağlanmalı idi. Prosedur martın 1-də Mərkəzi Bankda keçiriləcəkdi.

 

İddiaçı tender təklifi və tender təklifinin bank təminatını möhürlənmiş, imzalanmış yazılı surətini fevralın 29-dək, digər tələb olunan sənədləri isə ən geci fevralın 18-dək təqdim etməli idilər.

 

Tenderdə iştirak haqqı kimi Mərkəzi Bankın hesabına 200 manat məbləğində pul köçürülürdü.

 

marja.az