XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021

Digər Xəbərlər

07 Mart 2019 - 11:19

Xırdalanda çoxmərtəbəli yaşayış binasında yanğın olub –Ölən var

Xırdalan şəhərində bir nəfərin ölümü ilə nəticələnən yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Strateq.az-a verilən məlumata görə, hadisə rayonun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının altıncı mərtəbəsində ümumi sahəsi 50 kvadratmetr olan mənzildə qeydə alınıb.

Nəticədə mənzilin bir otağında yataq dəsti və ev əşyaları yanıb. Yüksək temperaturdan hamam otağının plastik qapısı əriyib.

Hadisənin kəşfiyyatı zamanı 1977-ci il təvəllüdlü Şıxməmmədov Namiq Kamal oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkarlanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.