XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

07 Mart 2019 - 16:01

Prezident İlham Əliyev Seneqalın yeni dövlət başçısına məktub göndərdi –Təbrik

Prezident İlham Əliyev Seneqal Respublikasının Prezidenti Maki Salla təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Seneqal Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Seneqal arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Seneqal xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm”.