Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı martın 12-də Şamaxı, İsmayıllı, Qobustan və Ağsu rayonlarının sakinlərini qəbul edəcək.
Komitədən Strateq.az-a verilən məlumata görə, qəbul Şamaxı rayon Heydər Əliyev Mərkəzində saat 11:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
DQİDK-nın bölgə üzrə şöbə müdiri Rəhim Rəhimlidir. Əlaqə vasitələri: Mob: (050) 300 08 92, telefon: 020 265 33 04, elektron poçt ünvanları: [email protected] , [email protected] , [email protected] .