XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Mart 2019 - 18:34

Lukaşenko Mehriban Əliyevaya məktub göndərdi –Təbrik

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli Mehriban Arif qızı.

Beynəlxalq Qadınlar Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Sizə xas olan xeyirxahlıq, ziyalılıq və mühüm dövləti məsələlərin həllinə müdrik yanaşma həqiqətən heyranlıq doğurur.

İnanıram ki, Sizin siyasi və ictimai fəaliyyət təcrübəniz Belarus-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq prinsipləri əsasında bundan sonra da inkişafına hərtərəfli kömək edəcək.

Hörmətli Mehriban Arif qızı, Sizə səmimi qəlbdən cansağlığı, xoşbəxtlik və məsul vəzifənizdə uğurlar arzulayıram”.